Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara xəbərdarlıq edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
Türkiyə lideri söyləyib ki, terrorçuların başa düşdüyü yeganə dil onlara qarşı mübarizədir: “Terrora qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyik. Terrorla siyasət, şiddətlə demokratiya bir araya gələ bilməz”.