Türkiyə Putin-Ərdoğan söhbətinin təfərrüatlarını açıqladıbackend

Türkiyə Putin-Ərdoğan söhbətinin təfərrüatlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə söhbətində Ukraynadakı münaqişənin həllinə bütün tərəfləri cəlb edən yanaşmaları dəstəkləyib.

 NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.

“Prezident Ərdoğan sülh prosesində baş verənləri yaxından izlədiyini və Türkiyənin müharibə başlayandan bəri səmimi olaraq ədalətli sülh üçün səy göstərdiyini bildirib”, – administrasiyadan bildirilib.

Ərdoğan həmçinin Putini əmin edib ki, Türkiyə “bütün tərəflərin iştirakı ilə davamlı sülhün yaradılmasına yönəlmiş yanaşmaları” dəstəkləyir. Söhbətdə Rusiya lideri ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşün nəticələrindən əlavə , Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərə və ticarətə də toxunulub.

Bundan əvvəl Putin Türkiyə lideri ilə danışıb və Ağ Ev rəhbəri ilə danışıqlardan danışıb.