Türkiyə Qarabağda müstəqil müşahidə məntəqəsi yaratmaq qərarı verdi – SON DƏQİQƏbackend

Türkiyə Qarabağda müstəqil müşahidə məntəqəsi yaratmaq qərarı verdi – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə öz sülhməramlı qüvvələri ilə Dağlıq Qarabağda müstəqil hərbi müşahidə məntəqəsini yaratmağa qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

İngilis agentliyinə görə, Türkiyə bu mövzuda Moskva ilə danışıqlar aparır. Ankara Dağlıq Qarabağda öz müstəqil müşahidə məntəqəsini yaratmaqda israr edir.

“Rusiya hesab edir ki, Türkiyənin bölgədə birgə mərkəzdən asılı olmayan müşahidə məntəqəsi yaratmasına ehtiyac yoxdur. Ancaq Türkiyə üçün bu bir prinsip məsələsidir”, – deyə agentliyin Türkiyədəki mənbəyinə istinadən məlumatında bildirilir.

Moskvada danışıqlar davam edir və Türkiyə kompromisin əldə ediləcəyinə əminliyini bildirir.

Xatırladaq ki, noyabrın 11-də Rusiya ilə Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq bir monitorinq mərkəzinin yaradılması barədə memorandum imzalayıblar. Bu mərkəz Azərbaycanda fəaliyyət göstərəcək. Rusiya sülhməramlıları bölgədə artıq 23 müşahidə məntəqəsi yaradıblar.
Virtualaz.org