Türkiyə rəsmi olaraq Avro 2028 və 2032-yə namizəddirbackend

Türkiyə rəsmi olaraq Avro 2028 və 2032-yə namizəddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin gənclər və idman naziri Dr. Mehmet Muharrem Kasapoğlu Türkiyənin 2028 və 2032-ci illərdə keçiriləcək futbol üzrə Avropa çempionatlarına ev sahibliyi etmək üçün namizədlik sənədini imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Namizədlik müraciəti TFF tərəfindən 12 aprel 2023-cü ildə UEFA-ya təqdim olunacaq.

Faylda Türkiyədə təşkilatın keçiriləcəyi stadionlar, yerləşdirmə, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallı məlumatlar var.

Qeyd edək ki, UEFA 2028 və 2032-ci illərdə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

NOCOMMENT.AZ