Türkiyə: Rusiya-ABŞ danışıqlarının vaxtı bizə məlum deyilbackend

Türkiyə: Rusiya-ABŞ danışıqlarının vaxtı bizə məlum deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə rəhbərliyi Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundunun harada və nə zaman keçiriləcəyi barədə məlumata malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ ilə münasibətlərin sabiq prezident Co Baydenin dövrü ilə müqayisədə daha normal vəziyyətə keçdiyini bəyan etmişdi.

Xatırladaq ki, 24 martda Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparıblar. Danışıqlarda əsas diqqət Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Görüş zamanı həmçinin atəşkəs və infrastrukturun qorunması məsələləri də müzakirə olunub. Ümumilikdə danışıqlar 12 saat davam edib.