“Rusiyadan Türkiyəyə təbii qaz tədarükü davam edir və gələcək idxalla bağlı heç bir problem olmayacaq”.
NOCOMMENT.az xəbər verir ki, bu sozləri Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
“Rusiya həmişə Türkiyəyə etibarlı təbii qaz tədarükçüsü olub və bu, belə də davam edəcək. Rusiyadan ölkəmizə qaz tədarükü davam edir, heç bir problem yoxdur və olmayacaq”,
– Bayraktar ABŞ prezidenti Donald Trampın Rusiyaya və onunla əməkdaşlıq edən ölkələrə qarşı yeni sanksiyalar tətbiq etməsi ilə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.













