Türkiyə Rusiya qazının pulunu rublla ödəməyə razılaşdıbackend

Türkiyə Rusiya qazının pulunu rublla ödəməyə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən danışıqlarda Rusiya qazına görə ödənişin qismən rublla edilməsi barədə razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

O, enerji resurslarının Rusiya valyutası ilə ödənilməsi prosedurunun dəqiq necə olacağını açıqlamayıb.

Baş nazir müavininin sözlərinə görə, prezidentlər Akkuyu AES-in tikintisi və “Türk axını” qaz kəmərini də müzakirə ediblər. Novak bu mövzu ilə bağlı danışıqların təfərrüatlarından söz açmayıb.

Qeyd edək ki, Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb. Danışıqlar 4 saatdan artıq çəkib.