Türkiyə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıbbackend

Türkiyə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundunu İstanbulda keçirməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə diplomatik mənbəsinə istinadən məlumat yayıb.

O, İstanbulun heç vaxt hər iki tərəfdən nümayəndə heyətlərinin qəbulunun əleyhinə olmadığını vurğulayıb. Mənbə əlavə edib ki, hazırda danışıqların yeni raundunun vaxtı ilə bağlı konkret məlumat yoxdur.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tərəfi İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundundan sonra Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin iştirakı ilə liderlər səviyyəsində sammit təşkil etmək istəyir.

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu keçirilib.