Türkiyə Rusiyaya qarşı sanksiyaları qəddar zarafat adlandırıbbackend

Türkiyə Rusiyaya qarşı sanksiyaları qəddar zarafat adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya qarşı sanksiyalar onların təşəbbüskarlarına qəddar zarafat edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının (Vətən) sədri Doğu Perinçek bildirib.

Perinçek qeyd edib ki, Ukraynadakı münaqişə təkcə Moskva ilə Kiyevin qarşıdurması deyil. Onun sözlərinə görə, orada Atlantik sistemlə Rusiya arasında qarşıdurma gedir.

Siyasətçi aydınlıq gətirib ki, Atlantik sistem Rusiyaya iqtisadi üsullarla, sanksiyalarla təzyiq göstərməyə çalışır, eyni zamanda onunla münasibət saxlayanlara təsir göstərir. Amma bu tədbirlər gözlənilən nəticəni vermədi.

“Əksinə, Türkiyə iqtisadiyyatı qurulan çərçivədə gücləndi və sanksiyalar Qərb iqtisadiyyatının özünə qəddar zarafat etdi”, – Perinçek bildirib.

O əlavə edib ki, Kiyevin hərbi əməliyyatları, o cümlədən əks-hücum cəhdi də heç bir nəticə verməyib. Qərbin diplomatik səyləri, xüsusən də Cenevrə konfransı da nəticəsiz qaldı.