Türkiyə səfiri: Texnologiyalar hesabına müasir İpək Yolu inşa edirikbackend

Türkiyə səfiri: Texnologiyalar hesabına müasir İpək Yolu inşa edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atalarımız Asiya ilə Avropa arasında malların daşınması üçün bir yol (İpək Yolu) yaratdılar. Bu gün, əsrlər sonra onların yolunu davam etdiririk. Texnologiyanın və modernləşmənin verdiyi imkanlarla müasir İpək Yolu inşa edirik”.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Pekindəki səfiri Abdulkadir Emin Onen deyib.

O, Türkiyənin ilk ixracat qatarının Çinin Sian şəhərinə çatması münasibəti ilə keçirilən mərasimdə bildirib ki, Türkiyə və Çin nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Avrasiya üzərində regional iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün ortaq fikir və maraqlara sahibdir: “Türkiyənin ilk ixrac qatarı İstanbul yaxınlığındakı Çerkezköydən Siana, Trans-Xəzər Şərq-Qərb Mərkəzi Dəhlizi izləyərək iki həftədən bir qədər çox müddətdə qət edən qatar iki qitə, iki dəniz, beş ölkədən keçib və təxminən 8,7 min km yol qət edib.

Türkiyənin qərbdən şərqə uzanan Ədirnə-Qars Yüksək sürətli dəmir yolu xəttini inşa edərək Çin və Orta Asiyadan Avropaya daha sürətli və daha ucuz nəqliyyat təmin ediləcək. Bundan başqa, İstanbul Yeni Hava Limanı, Yavuz Sultan Səlim, Osman Qazi, 1915 Çanakqala körpüləri, Marmaray və Avrasiya Tuneli, quru yolları, dəniz limanları, logistika mərkəzləri də Türkiyənin böyüməkdə olan hibrid nəqliyyat şəbəkəsinin həyati sütunlarından biri olduğuna diqqət çəkib”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, Türkiyənin soyuducu aparan ilk ixracat qatarı dekabrın 4-də İstanbuldan yola çıxıb Azərbaycan ərazisindən keçərək dekabrın 19-da Çinin Sian şəhərinə çatıb.