Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdibackend

Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası, axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, – səfirlikdən bildirilib.