Türkiyə səfirliyi qarşısında quranı yandıran siyasətçi…backend

Türkiyə səfirliyi qarşısında quranı yandıran siyasətçi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İsveçin paytaxtı Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran sağçı ekstremist Rasmus Paludan hadisədən sonra ilk dəfə mətbuata danışıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, o, bu çirkin hücumdan peşman olmadığını bildirib.

“Xeyr, peşman deyiləm. Mən bunu siyasi səbəblərim olduğu üçün etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə isə kədərləndim”,- deyə islam düşməni söyləyib.

Qeyd edək ki, R.Paludan əvvəlki illərdə də oxşar hərəkətlərə yol verib. Lakin onun fikrincə, indi yaşananlar əvvəlkilərə bənzəmir:

“Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhdidlər alıram. Sosial mediada mənə dəqiqədə 20 mesaj gəlir. Bu mesajlardan 5-i təhdid xarakteri daşıyır”.

Jurnalistin “qorxursunuzmu” sualına Paludan belə cavab verib: “Bəli, qorxuram, çünki kimlərsə məni öldürəcəklərini deyirlər”.

Ekstremist siyasətçinin fikrincə, Quranı yandırmasının İsveçin NATO üzvlüyü arasında heç bir əlaqə yoxdur.

Ötən həftə İsveçin paytaxtı Stokholmda ifrat sağçı Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. Bu hadisə Türkiyə tərəfindən kəskin etiraza səbəb olub.