Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdiribbackend

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.

“Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Pence-Kaplan” anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.