Türkiyə Somalidəki terror aktını qınadıbackend

Türkiyə Somalidəki terror aktını qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Somalinin Buulo Mareer şəhərində Afrika İttifaqının Somali Keçid Missiyasında (ATMIS) yerləşdirilmiş Uqanda Sülhməramlı Qüvvələrinə qarşı törədilən terror aktını pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən yazılı açıqlama verilib.

Açıqlamada Türkiyənin Somalidə Uqanda Sülhməramlı Qüvvələrinə qarşı törədilən terror aktını pislədiyi, Somali xalqının sülh və təhlükəsizliyinə xidmət edərkən həyatını itirən ATMİS əməkdaşlarının vəfatından kədərini bölüşdüyü, onların yaxınlarına və dost Uqanda və Somali xalqına başsağlığı verdiyi, xəsarət alanların tezliklə sağalmasını arzuladığı qeyd olunub.

NOCOMMENT.AZ