Türkiyə sülhməramlılarının gəlişi niyə yubanır…?backend

Türkiyə sülhməramlılarının gəlişi niyə yubanır…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Rusiya və Türkiyə arasında razılaşmaya əsasən, Türkiyə Ordusunun hərbiçiləri Azərbaycanda – Ağdamdakı Monitorinq Mərkəzində atəşkəsə nəzarət edəcəklər.

Buna baxmayaraq, hələ də türk sülhməramlılarının gəlməyi barədə heç bir məlumat yoxdur. Bəs, onların gəlməyi nə vaxta planlaşdırılır?

NOCOMMENT.az xəbər verir ki, bu barədə polkovnik, hərbi ekspert Şair Ramaldanov Modern.az-a danışıb. Onun sözlərinə görə, azad olunmuş ərazilərdə yenidənqurma işləri gedir, hər şey düzələndən sonra türk sülhməramlıları Ağdamda monitorinq mərkəzində yerləşdiriləcək:

“Bunlar hamısı dövlətlət arası olan qərarlardır. Amma, onu qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilər vandalizim aktı nəticəsində tam dağıdılıb. Hazırda orada infranstruktur, Ağdamda monitorinq qərargahı hazırlanır. Daha sonra ehtiyac olduqca digər hərbi qüvvələr həmin ərazilərə gələcək. Əgər sülhməramlıların gəlməsi lazım olsa, bununla əlaqəli qanun qəbul edilsə, o zaman sülhməramlılar yerləşəcək. Hələlik, sadəcə Türkiyə tərəfi öz sülhməramlılarını göndərə biləcəyini bildirib. Burada birəz siyasi məsələlər də var.

Türk sülhməramlılarının gəlməsi Azərbaycanın verəcəyi qərardan asılıdır. Hazırda gedən proseslərdə, həmin ərazilərdə olan sülhməramlılar problem yoxdur. Monitorinq qrupu öz fəaliyyətinə tam şəkildə başlasın, əgər türk sülhməramlılarının yerləşməsi lazım olarsa, o zaman bu barədə qərar qəbul ediləcək”.