Türkiyə terrorçulara qarşı əməliyyatları davam etdirirbackend

Türkiyə terrorçulara qarşı əməliyyatları davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə terrorçulara qarşı əməliyyatlar davam edir. “Bozdoğan-19” əməliyyatlarında terrorçulara məxsus 22 mağara və sığınacaq məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat verən ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya bildirib ki, əməliyyatlar 4 vilayətdə keçirilib.

Nazir qeyd edib ki, separatçı terror təşkilatının üzvlərinin mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələr məhv edilib. Şırnak, Diyarbəkir, Siirt və Hakkaridə təşkil edilən əməliyyatlarda xüsusi təyinatlılar, komando və hərbçilərdən ibarət 107 qrup iştirak edib.