Türkiyə Ukrayna münaqişəsinin tərəfi olmaqdan imtina etdibackend

Türkiyə Ukrayna münaqişəsinin tərəfi olmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Ukrayna münaqişəsində tərəf tutmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek”ə müsahibəsində deyib .

“Biz bu müharibənin tərəfi olmayacağıq”, – Türkiyə lideri bildirib.

Belə ki, Ərdoğan NATO daxilində alyansın hərbçilərinin Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı müzakirələrə münasibət bildirib . Nəşrin yazdığına görə, o, Şimali Atlantika Alyansı üçün Ukraynaya uzunmüddətli hərbi dəstəyi ehtiva edən “müttəfiq strategiyası”na da şübhə ilə yanaşıb.

Eyni müsahibə zamanı Türkiyə lideri bildirib ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma perspektivi narahatlıq doğurur. Ərdoğan belə bir nəticəyə gətirib çıxara biləcək istənilən addımdan imtina etməyə çağırıb.