Türkiyə üstündə mübahisə düşdü – Ermənipərəst siyasətçidən şok etirafbackend

Türkiyə üstündə mübahisə düşdü – Ermənipərəst siyasətçidən şok etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı dinləmələr keçirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, sessiyada komitə sədri Bob Menendezlə respublikaçı senator Cim Riş arasında Türkiyə ilə bağlı qısa mübahisə yaşanıb.

Menendezin Türkiyənin sözügedən iki ölkənin NATO üzvlüyünə etirazının Rusiyanın maraqlarına xidmət etdiyini iddia etməsinə Rişin cavabı belə olub: “İsveç də, Finlandiya da Türkiyə ilə danışıqları xoş niyyətlə apardığını bizə bildiriblər. Ən yaxşısı bu məsələnin həllini bu ölkələrin öhdəsinə buraxmaqdır. Amma onu da deyim ki, məsələ tezliklə bağlanmalıdır”.

Dinləmələrə qatılan ABŞ dövlət katibinin müavini Karen Donfrid Finlandiya və İsveçin NATO-ya qoşulmasının alyansı daha da gücləndirəcəyini qeyd edib və Türkiyənin dilə gətirdiyi narahatlıqlara da toxunub.

NATO baş katibi Yens Stoltenberqin bu mövzuda Ankara, Helsinki və Stokholmla görüşəcəyinə diqqət çəkən Donfrid vurğulayıb: “Türkiyənin terrorla bağlı legitim narahatlığını tanıyırıq”.

Amerika rəsmisi Finlandiya və İsveçin NATO-ya daxil olması üçün alyansın bütün üzvlərinin razılığının olmasının əsas olduğunu da bildirib: “Əlbəttə, ABŞ Türkiyə kimi terrora dəstəyi dayandırmaq istəyir, bu məsələyə ciddi yanaşırıq. Bildiyim qədər, bu üç ölkə arasında danışıqlar yaxşı gedir”.

Gələn həftə Madriddə keçiriləcək NATO sammitinə toxunan Donfrid Türkiyə ilə danışıqların sonunda bu sammitdə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı rəsmi sənədlərin imzalana biləcəyini qeyd edib.

Donfrid əlavə edib ki, Türkiyə, İsveç və Finlandiyanın Ankaranın narahatlığı ilə bağlı məsələləri tezliklə həll edəcəklərinə inanır.

Amerikadakı erməni və yunan diasporuna yaxınlığı ilə seçilən Menendezin isə ABŞ-ın YPG/PKK terror təşkilatına dəstəyi ilə bağlı etirafı diqqətdən yayınmayıb: “Həqiqət budur ki, Finlandiya və İsveçin PKK və YPG ilə bağlı mövqeləri bizim mövqelərimizlə üst-üstə düşür. Bildiyiniz kimi, bu təşkilatlar İŞİD-lə mübarizəmizdə bizə kömək ediblər. Ona görə də bütün tərəfləri işləməyə dəvət etmək bir az ikiüzlülükdür. Bir həll yolu tapsalar çox yaxşı olardı, amma Türkiyənin onlardan nə almaq istədiyini bilmirəm”.