KoronaVirus İnformasiya Portalı
Türkiyə və Azərbaycan arasında uçuşlar BAŞLAYIR – TARİX AÇIQLANDIbackend

Türkiyə və Azərbaycan arasında uçuşlar BAŞLAYIR – TARİX AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşların tarixi məlum olub.

Türkiyənin Azərbaycandakı səfirliyindən NOCOMMENT-ə verilən məlumata görə, iyulun 1-dən başlayaraq həftədə iki dəfə Türk Hava Yollarının (THY) və Azərbaycan Hava Yollarının (AZAL) İstanbul-Bakı istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. THY-nın uçuşları çərşənbə və cümə, AZAL-ın uçuşları isə cümə axşamı və şənbə günləri təşkil ediləcək.

“Uçuşlardan başda tələbələr olmaqla Türkiyədən Azərbaycana gəlmək istəyən Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycan Respublikasında müvafiq yaşayış icazəsi olan, biznes sahibi və ya qohumluq əlaqələri olan Türkiyə Respublikası vətəndaşları istifadə edə biləcək.

Həmçinin Azərbaycandan Türkiyəyə getmək istəyən Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşları uçuşlardan istifadə edə biləcək”, – deyə səfirlikdən bildirilib.

Qeyd olunub ki, uçuşlardan istifadə etmək üçün bəzi şərtlərə əməl edilməlidir:

“Uçuşlardan istifadə etmək üçün Türkiyə Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçiməli və mənfi nəticə əldə edilməlidir. Testi harada edəcəyiniz haqqında məlumatı THY və AZAL-dan ala bilərsiniz”.

Digər şərtə görə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana səyahət edən bütün şəxslər təyinat nöqtələrində qalacaqları ünvanlarda 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətindədirlər.

Aviabilet satışına gəlincə, bildirilib ki, biletlərin satışı onlayn həyata keçiriləcək.

“COVİD-19 pandemiyası dövründə həm təyyarələrdə, həm də hava limanlarında xüsusi tədbirlər görülmüş və xüsusi qaydalar tətbiq olunur. Bütün vətəndaşların riayət etməli olduqları bu qaydalar THY və AZAL-ın rəsmi internet səhifələrində yayımlanmışdır, bu məsələ ilə bağlı təlimatların səfərdən əvvəl diqqətlə nəzərdən keçirilməsi tövsiyyə olunur.

Modern.az