Türkiyə və Çin liderləri telefonla danışdıbackend

Türkiyə və Çin liderləri telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çinin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub.

NOCOMMENT.az xəbər verir ki, söhbət zamanı tərəflər iki ölkə arasındakı münasibətlər və regional inkişafa dair fikir mübadiləsi aparıb.

Danışıq zamanı Uyğur türkləri ilə bağlı məsələyə də diqqət çəkilib.

“Uyğur türklərinin Çinin bərabərhüquqlu vətəndaşları olaraq firavan, azad və dinc yaşamaları Türkiyə üçün önəmlidir. Türkiyə Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir”, – Ərdoğan vurğulayıb.