Türkiyənin energetika naziri Alparslan Bayraktar 2025-ci ildə qaz ticarət mərkəzinin açılacağını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə müsahibəsində danışıb.
“2025-ci ildə biz Bota və Qazprom ilə birgə İstanbul maliyyə mərkəzində ticarət platformasını idarə edəcək güclü bir infrastruktur yaradacağıq”, – deyə o vurğulayıb.
Bayraktar əlavə edib ki, Türkiyə tərəflərə anlaşma memorandumu göndərib. Bundan əlavə, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “Qazprom”a bu istiqamətdə göstəriş verəcəyini” təsdiqləyib.