Türkiyə və Ukrayna liderlərinin görüşü başladıbackend

Türkiyə və Ukrayna liderlərinin görüşü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki,  görüş Lvovdakı Potoçki sarayında keçirilir. İkitərəfli görüşdən sonra BMT Baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.