Türkiyə və Yunanıstan XİN başçıları görüşüblərbackend

TürkiyəYunanıstan XİN başçıları görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikol Dendiasla Slovakiyanın paytaxtı Bratislavada görüşüb.

NOCOMMENT-in Türkiyə KİV-ə istinadən məlumatına görə, nazirlər Aralıq dənizinin şərqindəki vəziyyəti, Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər.

Görüşdə nazirlərin Azərbaycan Ordusunun Qarabağda torpaqları azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi etdikləri də ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.