Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdibackend

Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Həmin sənədlər aşağıdakılardır:

1. Türkiyə Respublikasının diplomatik pasportu;
2. Türkiyə Respublikasının xüsusi pasportu;
3. Türkiyə Respublikasının xidməti pasportu;
4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi;
5. Türkiyə Respublikasının Dənizçinin kitabı;
6. hava gəmisi heyətinin səyahət sənədi;
7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;
8. Səyahət sənədi və ya Müvəqqəti Pasport.