Türkiyə XİN Avropa Parlamentini qınadıbackend

Türkiyə XİN Avropa Parlamentini qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin “Aİ-Ermənistan münasibətləri” hesabatından sonra açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, nazirlik hesabatda 1915-ci il hadisələri ilə bağlı iddiaların qanuna zidd və əsassız olduğunu bildirib.

Türkiyə XİN-dən verilən bəyanatda qeyd olunub: “Avropa Parlamentinin 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı adi hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlı olduğu görünür. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur.”

NOCOMMENT.AZ