Türkiyə XİN Avropa Parlamentinin Qarabağ qərarını pislədibackend

Türkiyə XİN Avropa Parlamentinin Qarabağ qərarını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərarların arxasınca gedən bir qrup populist və ayrı-seçkilikçi Avropa Parlamenti üzvünün ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınayırıq. İllərdir Türkiyəyə qarşı əsassız ittihamlar və iddialarla doludur”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Türkiyənin Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərdiyi, Türkiyənin Ermənistanla normallaşma prosesini həyata keçirdiyi, Ermənistan və Azərbaycan arasında sülh prosesinə konkret töhfə verdiyi vurğulanıb.

“Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin AP qərarı olaraq qarşımıza qoyulmasını sistem zəifliyi olaraq görürük və onları ciddi qəbul etmirik”, – qeyd edilib.