Türkiyə XİN-dən Danimarkaya sərt reaksiyabackend

Türkiyə XİN-dən Danimarkaya sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən gecə Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən iyrənc hücumu ən şiddətli şəkildə qınayırıq”.

NOCOMMENT.az xəbər verir ki, bu bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Nifrət cinayəti təşkil edən bu alçaq hərəkətə ifadə azadlığı adı altında yol verilməsini heç bir şəkildə qəbul etmirik. Cari Ramazan ayında baş tutan bu aksiya Avropada hər keçən gün islamofobiya, ayrı-seçkilik və ksenofobiyanın qorxulu həddə çatdığını, keçmişdən heç bir dərs alınmadığını bir daha açıq şəkildə nümayiş etdirdi.

Danimarka rəsmilərinə bu hərəkəti ən sərt şəkildə qınayaraq etiraz etdiyimizi bildirdik. Biz Danimarka hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və sosial sülh və dinc yanaşı yaşayışı hədəfləyən bu cür təxribatların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”.

NOCOMMENT.AZ