Türkiyə XİN İsrailin qanun dəyişikliyi qərarını qınadıbackend

Türkiyə XİN İsrailin qanun dəyişikliyi qərarını qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Knessetdə təsdiqlənən “geri çəkilmə qanunu” ilə bağlı dəyişiklik və qarşıdan gələn Ramazan ayında bölgədə artan gərginliyə reaksiya verilib.

NOCOMMENT.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada aşağıdakı ifadələrə yer verilib:

“Biz müqəddəs Ramazan ayını qeyd etməyə hazırlaşarkən Qüds və İordan çayının qərb sahilində artan gərginlikdən çox narahatıq.İsrailin Qəzza zolağından çəkilməsini və İordan çayının qərb sahilindəki bəzi qeyri-qanuni yaşayış məntəqələrinin boşaldılmasını nəzərdə tutan 2005-ci ildə qəbul edilən “Geri çəkilmə Qanunun”da Homeş, Qənim, Kadim, Sa-Nur yaşayış məntəqələrinin boşaldılması maddələrinin ləğv olunması haqqında qanun dəyişikliklərinin qəbul edilməsini pisləyirik. Həmçinin bəzi İsrail Nazirlər Kabineti üzvlərinin Fələstin dövləti və xalqı ilə bağlı siyasi, tarixi və cari reallıqlarla heç bir şəkildə uyğun gəlməyən əsassız, məsuliyyətsiz və təxribat xarakterli iddialarını rədd edirik.”

NOCOMMENT.AZ