Türkiyə XİN Pakistanda baş verən partlayışı pislədibackend

Türkiyə XİN Pakistanda baş verən partlayışı pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanda 23 əsgərin şəhid olduğu terror aktını pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirlikdən açıqlama verilib.

“Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində bu gün baş verən terror aktı nəticəsində 23 əsgərin şəhid olması dərin kədər hissi ilə bizə çatdırılıb. Bu dəhşətli terror aktını lənətləyir, şəhid olan əsgərlərə və onların ailələrinə Allahdan rəhmət diləyirik”.

Bəyanatda bildirilib ki, bu münasibətlə terrora qarşı birgə mübarizədə Pakistan hökuməti və xalqı ilə həmrəylik bir daha vurğulanıb.