Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 29-30-da Kiyevə səfər edəcək və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Nazirin mayın 29-30-da Ukraynaya səfəri gözlənilir. Onun bir sıra danışıqlar aparacağı, o cümlədən Vladimir Zelenski ilə də planlaşdırılıb”, – agentlikdən bildirilib.
Fidan bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə Ukraynada nizamlanma üçün hər cür dəstəyi verməyə hazırdır.
Türkiyə XİN rəhbəri həmçinin qeyd edib ki, mayın 26-da Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsi kontekstində Türkiyəni narahat edən bir sıra məsələləri müzakirə edib. Fidan əlavə edib ki, Ankara Rusiya ilə Ukrayna arasında növbəti görüşlərin Türkiyədə keçirilməsi tələbini Rusiya tərəfinə çatdırıb.