Türkiyənin NATO daxilində ziddiyyətli davranışlarına və Ankaranın BRİKS qrupuna qoşulmaq niyyətinə toxunan türkiyəli ekspert vurğulayıb ki, Türkiyə tezliklə NATO-dan çıxarılacaq və ya bu alyansdan özü çıxacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Sputnik-ə müsahibəsində türkiyəli ekspert Serhat Lətifoğlu bildirib.
“Türkiyə yaxın illərdə mütləq ya öz təşəbbüsü ilə NATO-dan çıxacaq, ya da bu ittifaqdan kənarda qalacaq”, – deyə o vurğulayıb.
O, Ankaranın BRİKS qrupuna qoşulmaq niyyəti barədə deyib: Türkiyə BRİKS-ə qoşulacaq. Belə bir niyyət var. NATO üzvü üçün BRİKS-ə qoşulmaq görünməmiş bir addımdır. BRİKS qrupunun əsas prinsipləri ilə Türkiyə hökumətinin xarici siyasəti bir-birinə uyğundur.
Lətifoğlunun sözlərinə görə, “Türkiyənin NATO daxilindəki fəaliyyətinə nəzər salsanız, Ankaranın NATO müttəfiqlərindən tamamilə fərqli siyasət yürütdüyü aydın görünür”.
O, bununla bağlı izahat verib: Yaxın illərdə Türkiyə mütləq NATO-dan çıxarılacaq və ya özü bu ittifaqdan çıxacaq. Bu, mütləq baş verəcək və biz bunu yaxın gələcəkdə görəcəyik.