Türkiyə Yunanıstana şifahi nota ünvanladıbackend

Türkiyə Yunanıstana şifahi nota ünvanladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Gürcüstanda 20 əsgərin şəhid olması ilə nəticələnən təyyarə qəzasına görə kədərlənərkən, Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesabında paylaşılan qalmaqallı paylaşım etirazlara səbəb olub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinin əməkdaşı Səlcuk Boke yazıb.

Onun sözlərinə görə, paylaşımda Yunanıstana məxsus C130 nəqliyyat təyyarəsinin fotoşəkilləri yer aldığı və “Günün şəkli” yazılıb.

“Təpkilər sonrası nalayiq paylaşım silindi və Yunanıstan Hərbi Hava Qüvvələri komandanı tərəfindən dünən yayımlanan başsağlığı məktubu paylaşıldı. Qalmaqallı yazıdan sonra Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota göndərib”, – deyə yazar vurğulayıb.

Xatirə SADİQ