Türkiyədə 3 separatçı terrorçu zərərsizləşdirilibbackend

Türkiyədə 3 separatçı terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Mardinin Nusaybin ərazisində həyata keçirilən “Qəhrəmanlar-39” əməliyyatında 1-i yaşıl, 1-i boz kateqoriyalı 3 separatçı terror təşkilatı üzvü zərərsizləşdirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.

Nusaybin rayonunun Bağok kənd adlanan ərazisində həyata keçirilən əməliyyatın təfərrüatlarını barədə nazir açıqlama verib. Məlumata görə, Jandarma Baş Komandanlığı Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında; Mardin İl Jandarma Komandanlığı tərəfindən aparılan kəşfiyyat araşdırmaları nəticəsində Hərbi Hava Qüvvələri Komandanlığı və J-SİHA-ların dəstəyi ilə Nusaybinin Bağok Çölü adlanan ərazidə “Qəhrəmanlar-39” əməliyyatı təşkil edilib.

Zərərsizləşdirilən terrorçuların Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarışda olanlar siyahısında yaşıl kateqoriyada olan Piling Mardin kodu Delil Bal, Demhat Amad kodu İslam Ölçay və Suriya milli Welat kodu Raman Lokman Muhammed adlı terrorçular olduğu müəyyən edilib.

Nazir Yerlikaya açıqlamasında bunları yazıb: “Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Əməliyyatı həyata keçirən qəhrəman Jandarmamızı təbrik edirəm. Allah rəhmət eləsin. Terrora və onların işbirlikçilərinə qarşı əməliyyatlarımız fasiləsiz olaraq davam edəcək”.