Türkiyədə 2013-cü ildə terror aktında iştirak edənlərdən biri olan Cengiz Sertel ələ keçirilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, polis orqanlarının və Milli Kəşfiyyat İdarəsinin birlikdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Əməliyyatın təfərrüatları açıqlanmır.
Məlumata görə, o, qırmızı bülletenlə axtarılırdı.
Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda törədilən iki bombalı terror aktı nəticəsində 53 nəfər ölüb, 146 nəfər yaralanıb. Bu, Türkiyədə törədilən ən ciddi terror hücumlarından biri hesab olunur.