Türkiyədə 542 nəfərin vəziyyəti ağırdırbackend

Türkiyədə 542 nəfərin vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində koronavirusdan ölənlərin ümumi sayının 5 659 nəfərə çatdığını bildirib.

Nazirin sözlərinə görə, ölkədə 942 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 228 924 nəfərə çatıb.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son 24 saatda 996 nəfər olmaqla 212 557 nəfər təşkil edir.

F.Koca bildirib ki, bundan sonra beynəlxalq standartlara uyğun olaraq günlük statistika cədvəlində vəziyyəti ağır olan xəstələrin sayı və pnevmoniya faizi göstəriləcək.