Türkiyədə ötən ilin fevralında baş vermiş güclü zəlzələdə uçan bəzi binaları inşa etmiş şəxslərin məhkəmə prosesləri davam edir.
NOCOMMENT.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraşda 69 nəfərin həyatını itirdiyi “Güneşli Kocabaş” yaşayış kompleksini tikmiş iş icraçılarına ötən gün hökm oxunub.
Kahramanmaraş 2-ci Cəza Məhkəməsinin hökmü ilə ittiham edilən 9 nəfərdən 8-nə 12 il 2 ay 20 gündən 14 il 5 ay 10 gün müddət aralığında həbs cəzası verilib.
Bildirilib ki, zəlzələ vaxtı binanın 7-ci bloku tamamilə çöküb. Araşdırmalar zamanı tikinti standartlarının pozulması məlum olub.
Qeyd edək ki, Türkiyənin cənub-şərqini əhatə edən güclü zəlzələ 50 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.