Türkiyədə alov binanın damını bürüyübbackend

Türkiyədə alov binanın damını bürüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sakarya bölgəsində binanın damında yanğın baş verib. Yanğın yanğınsöndürmə briqadalarının sıx müdaxiləsi ilə nəzarətə götürülüb.

NOCOMMENT xəbər verir ki, yanğın 3 mərtəbəli binanın damında baş verib. Naməlum səbəbdən başlayan yanğın tez bir zamanda bütün dam örtüyünü bürüyüb.

Vəziyyətlə bağlı məlumat alan əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Yanğın qrupların müdaxiləsi nəticəsində nəzarətə götürülərək söndürülüb. Maddi ziyanın dəydiyi hadisə ilə bağlı araşdırmalara başlanılıb.