Türkiyədə ardıcıl iki güclü zəlzələ oldubackend

Türkiyədə ardıcıl iki güclü zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:00-da İzmirdə, 5,1 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Urla sahillərində yerləşib. Qəndilli Rəsədxanası zəlzələnin maqnitudasının isə 5,3 olduğunu açıqlayıb.

Rəsədxanadan verilən məlumatına görə, 5,3 bal gücündə zəlzələdən az sonra bölgədə 4,1 bal gücündə daha bir zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.