Türkiyədə avtobus aşdı: 29 yaralıbackend

Türkiyədə avtobus aşdı: 29 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyüpsultanda İstanbul hava limanında çalışan personalı daşıyan avtobusun aşması nəticəsində 29 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, körpü ilə hərəkət edən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.

Xəbərdarlıq üzərinə bölgəyə jandarma, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.

Sürücünün və 46 nəfərin avtobusda olduğu, ilkin təsbitlərə görə qəzada 29 nəfərin yaralandığı öyrənilib.

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.

NOCOMMENT.AZ