Türkiyədə bədbəxt hadisə – Doqquz işçi itkin düşdübackend

Türkiyədə bədbəxt hadisə – Doqquz işçi itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ərzincan vilayətinin İliç rayonundakı qızıl mədənində torpaq sürüşməsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, sürüşmə nəticəsində mədəndə olan 667 işçidən doqquzu itkin düşüb. Onların torpaq altında qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işlərinə 400 nəfərlik işçi qüvvəsi və 40-dan çox texnika cəlb edilib. Hazırda mədəndən ətraf ərazilərə heç bir sızma yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.