Türkiyədə bu ilin 7 ayında muzeylərə 16 milyondan çox insan gedibbackend

Türkiyədə bu ilin 7 ayında muzeylərə 16 milyondan çox insan gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədəki muzeylərə, tarixi yerlərə yerli və xarici ziyarətçilərin marağı ildən-ilə artır.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Türkiyə 2024-cü ilin 7 aylıq dövründə muzey və tarixi məkanlarda ümumilikdə 16 milyon 510 min 910 ziyarətçi qəbul edib.

Ötən ilin eyni dövründə bu rəqəm 15 milyon 756 min olub.

İzmir Efes Harabeleri 1 milyon 444 min 405 ziyarətçi ilə birinci olub. Pamukkale travertenləri də daxil olmaqla Dənizli Hierapolis xarabalıqları ikinci, Konya Mövlana Muzeyi isə üçüncü olub.