Türkiyədəki muzeylərə, tarixi yerlərə yerli və xarici ziyarətçilərin marağı ildən-ilə artır.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Türkiyə 2024-cü ilin 7 aylıq dövründə muzey və tarixi məkanlarda ümumilikdə 16 milyon 510 min 910 ziyarətçi qəbul edib.
Ötən ilin eyni dövründə bu rəqəm 15 milyon 756 min olub.
İzmir Efes Harabeleri 1 milyon 444 min 405 ziyarətçi ilə birinci olub. Pamukkale travertenləri də daxil olmaqla Dənizli Hierapolis xarabalıqları ikinci, Konya Mövlana Muzeyi isə üçüncü olub.