Türkiyədə “Can Azərbaycana bir məktubum var” layihəsinə start verildibackend

Türkiyədə “Can Azərbaycana bir məktubum var” layihəsinə start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kastamonu şəhərində Azərbaycan əsgərlərinə dəstək məqsədilə “Can Azərbaycana bir məktubum var” şüarı altında layihə fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, “Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri” dərnəyinin Kastamonu şöbəsinin təşəbbüsü və təşkilatçılığı keçirilən layihədə qardaş ölkənin 81 rayonundan əsgərlərimizə mənəvi dayaq olmaq üçün məktublar yazılacaq. Həmin məktublar toplandıqdan sonra isə aidiyyəti üzrə çatdırılması üçün Azərbaycanın Türkiyədəki səfirliyinə təqdim ediləcək.

Can Azərbaycana bir məktubum var
Can Azərbaycana bir məktubum var

Kastamonu şəhərində “Can Azərbaycana bir məktubum var” layihəsinin təqdimat mərasimi də keçirilib. Təqdimat mərasimində çıxış edən “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri” dərnəyinin Kastamonu şöbəsinin başqanı Berat Satıoğlu Azərbaycan əsgərlərinə mənəvi dəstək olmaq, ruh yüksəkliyi yaratmaq üçün belə bir kampaniya başlatdıqlarını bildirdi: “Bu gündən etibarən türk millətinin sevinc hisslərini qalib gələn Azərbaycan ordusunun əsgərlərinə çatdırmaq üçün “Can Azərbaycana bir məktubum var” başladırıq.

Can Azərbaycana bir məktubum var

Kampaniyamız 15 dekabr çərşənbə axşamı günü bitəcək. Bu müddət ərzində dərnəyimizə, xüsusən Azərbaycan Respublikasına, Azərbaycan ordusuna, Qarabağda vuruşan bütün qoşunlar da daxil olmaqla, məktublar göndəriləcək və Azərbaycanın Türkiyədəki səfirliyinə çatdıracağıq. Ölkəmizin hər yerindən 81 vilayətdən insanlarımızı kampaniyaya, uşaqlardan gənclərə, qadınlardan kişilərə, gənclərdən qocalara dəvət edirəm. Məktublarımızı dərnəyimizə göndərin və biz Azərbaycan ordusuna çatdıracağıq. 29 ilin sonunda qardaşlarımızın sevincinə şərik olaq”.

Xatırladaq ki, 27 sentybrda başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Türkiyədə Azərbaycana dəstək məqsədi ilə müxtəlif layihələr həyata keçirilib.