Türkiyədə COVİD-19-dan ölüm sayı yüksəldibackend

Türkiyədə COVİD-19-dan ölüm sayı yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 36 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6 245 nəfəri ötüb.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 517 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 265 515 nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 1 017 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 241 809 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 107 814 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 6 835 674-dür.