Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda oteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
“Son məlumatlara görə, ölənlərin sayı 76-dır. Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 45-nin meyiti yaxınlarına təhvil verilib. İndiyədək aparılan istintaq zamanı 9 nəfər saxlanılıb”, – nazir jurnalistlərə bildirib.