İzmirin Menderes rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
NOCOMMENT xəbər verir ki, meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə bağlı 6 təyyarə, 10 helikopter, 23 su tankeri, 6 su təchizatı maşını bölgəyə göndərilib.
Komandalar yanğını söndürmək üçün səylərini davam etdirir.