Türkiyədə daha bir meşə yanğını başlayıbbackend

Türkiyədə daha bir meşə yanğını başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla şəhərində meşə yanğını başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Bodrum bölgəsinin Umurça məhəlləsində meşəlik ərazidə başlayan yanğının səbəbləri hələlik məlum deyil.

Əraziyə 1 helikopter və yanğınsöndürən vasitələr cəlb edilib.

Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.