Türkiyədə daha bir meşə yanğını söndürülübbackend

Türkiyədə daha bir meşə yanğını söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diyarbəkirin Hani rayonunda meşə yanğınında 12 hektar ərazi zərər görüb.

NOCOMMENT xəbər verir ki, dünən səhər saatlarında Kuyular ilə Çukur Məhəlləsi arasındakı meşəlik ərazidə hələ naməlum bir səbəbdən baş verən yanğının söndürülməsinə Diyarbakır Meşə Əməliyyat Müdirliyi qrupları və 30 işçi, 2 su nasosu və 4 ilk müdaxilə maşını qatılıb.

Yanğın bölgəsinin sıldırım və qayalıq olması səbəbindən çətinlik çəkən qruplara hərbi helikopter də dəstək verib.

Komandaların gərgin mübarizəsi nəticəsində yanğın söndürülüb.

Ərazidə soyutma işləri aparılır.

Yanğın zamanı 12 hektar əraziyə ziyan dəydiyi bildirilib.