Türkiyədə daha bir yanğın baş verdibackend

Türkiyədə daha bir yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğlanın Menteşe rayonunda baş verən meşə yanğını havadan və qurudan müdaxilə ilə söndürülüb.

NOCOMMENT.az xəbər verir ki, meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib. Külək nəticəsində alov qısa müddətdə yayılıb.

Xəbərdarlıq üzərinə Muğla Meşə Region Müdirliyinə aid 2 helikopter və 9 su maşını bölgəyə göndərilib.

5 dekar meşə sahəsi zərər görüb, yanğın qrupların müdaxiləsi ilə söndürülüb.