Türkiyədə dəhşətli qətlin TƏFƏRRÜATI: Tələbə qızın başı mişarla kəsilibbackend

Türkiyədə dəhşətli qətlin TƏFƏRRÜATI: Tələbə qızın başı mişarla kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində dəhşətli qətlin üstü açılıb.

NOCOMMENT.az İHA-ya istinadən xəbər verir ki, Akdeniz Universitetinin jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Əzra Güləndam Haytaoğlu 28 iyul tarixində itkin düşüb.

Adanadan gələn tələbənin atası Mustafa Haytaoğlu qızını axtarmağa başlayıb və polisə müraciət edib. Yerli polisin apardığı istintaq zamanı Əzra Güləndam Haytaoğlunu vəhşicəsinə öldürən və parçalanmış cəsədini meşədə basdıran Mustafa Murat Ayhan ələ keçib.

Polisə ifadəsi zamanı cinayətkar etraf edib ki, tələbə qızın cansız bədənini ağac mişarı ilə doğrayıb. Daha sonra parçaldığı bədən üzvlərini idman çantası ilə evdən çıxarıb və meşəlik ərazidə basdırıb. O, mərhum qızın başını isə naməlum yerdə çölə atdığını deyib. /BAKU.WS